İspaniya La Liqasında ilk turun qarşılaşmaları keçirilir.
Offsideplus.az xəbər verir ki, "Atletiko" ötən gecə "Espanyol"un qonağı olub. Madrid təmsilçisi hesabda önə keçsə də, sonda məğlubiyyətlə üzləşməli olub - 1:2.
"Atletiko" 16 ildən sonra ilk dəfə La Liqanın I turunda məğlub olub. Onlar sonuncu dəfə 2009-cu ildə "Malaqa"ya 0:3 hesabı ilə uduzmuşdu.