RU

Əlcəzair-Tunis sərhədində güclü zəlzələ olub

Əlcəzair-Tunis sərhədində 4,8 maqnitudalı zəlzələ baş verib.

Operativ Media-nın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri Əlcəzairin Henşela şəhərindən 115 km cənub-şərqdə və Tunisin Tameqza şəhərindən 50 km qərbdə yerləşib. Zəlzələnin ocağı yerin 10 km dərinliyində olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Избранный
56
30
operativmedia.az

10Источники