RU

KİV: Ağ Ev Zelenski ilə görüşün üçtərəfli sammitə gətirib çıxaracağını gözləmir

BAKI, 18 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri arasında bu gün keçirilməsi planlaşdırılan görüşün Rusiya ilə üçtərəfli sammitə gətirib çıxarması mütləq deyil.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” Ağ Evdəki mənbəsinə istinadən məlumat yayıb.

Qəzet vurğulayır ki, təhlükəsizlik zəmanətlərinin hazırlanması uzun müddət çəkə bilər.

Məlumata görə, Tramp və Zelenski arasında keçiriləcək görüşdə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens də iştirak edəcək.

Yada salaq ki, Zelenski avqustun 18-də Vaşinqtonda Trampla görüşəcək. Onu görüşdə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts və İtaliyanın baş naziri Giorgia Meloni müşayiət edəcək. Avropa Komissiyasının sədri Ursula fon der Leyen də iclasda iştirak etmək planlarını açıqlayıb.

Избранный
97
35
teleqraf.com

10Источники