RU

MPL: "Sumqayıt" "Kəpəz"i top atəşinə tutdu

Misli Premyer Liqasında 1-ci tur davam edir. 

Fanat.Az xəbər verir ki, açılış turunda bu gün daha bir oyun keçirilib.

"Sumqayıt" Mehdi Hüseynzadə adına şəhər stadionunda "Kəpəz"i sınağa çəkib.

Baş hakim Fərid Hacıyevin idarə etdiyi görüş "Sumqayıt"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hər iki komanda meydana yeni baş məşqçi ilə çıxıb. "Sumqayıt" yay fasiləsində tanınan mütəxəssis Saşa İliç ilə anlaşıbsa, "Kəpəz" Adil Şükürovun geri qaytarıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Qəbələ" ilə, "Neftçi" "Şamaxı" ilə heç-heçə edib - 1:1. "Turan Tovuz" isə "İmişli" üzərində qələbə 1:0 hesablı qazanıb. Avqustun 19-da "Zirə" - "Araz-Naxçıvan" matçı keçiriləcək. "Sabah" - "Qarabağ" görüşü isə təxirə salınıb.

Misli Premyer Liqası
1-ci dövrə, 1-ci tur
17 avqust (bazar)

20:30. “Sumqayıt” – “Kəpəz” 3:0 

Qol: Rüstəm Əhmədzadə, 14.Aleksandr Ramalinqom, 26; Aleksa Yankoviç 38
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Vüqar Həsənli.
VAR: Rauf Cabarov, Rahil Ramazanov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskez, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid

Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 30. Kamran Quliyev, 6. Rauf Rüstəmli, 21. Nihad Əhmədzadə, 64. Kənan Feyziyev, 75. Nadir Orucov, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 71. Masaki Murata, 80. Keffel Resende

“Kəpəz”: 1. Kaçper Rosa, 27. Məqsəd İsayev, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 9. Luis Paçu, 24. Olavale Onanuqa, 12. Mahamadu Ba (k), 14. Adama Fofana, 19. Otar Aptsiauri, 38. Cefferson Bentu, 6. Pedro Qomeş

Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 11. Vitor Feijao, 55. Kresus Donqo

Избранный
38
fanat.az

1Источники