RU

Aleksandar Vuçiç Serbiyadakı iğtişaşlarda iştirak edənlərin həbs olunacağını açıqlayıb

Ötən günlərdə Serbiyanın müxtəlif şəhərlərində iğtişaşlarda iştirak edənlərin hamısı yaxın 10 gün ərzində həbs olunacaq.

“İki sahil” xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

Aleksandar Vuçiç ictimaiyyətə müraciətində vurğulayıb ki, həyata keçirilən əməliyyatlarla iğtişaşlarda iştirak edən bütün insanlar müəyyən olunub. O, Serbiyanın dəyərlərini bilən və iğtişaşlara qatılmayan insanlara minnətdarlığını ifadə edib.

Serbiya Prezidenti ölkədə fövqəladə vəziyyətin elan olunmayacağını bəyan edib, bunun mürəkkəb prosedur olduğunu deyib.

Xatırladaq ki, etirazçılar ötən gecə Valyevo şəhərində dövlət binalarına hücum edib və əmlaka ziyan vurublar.

Избранный
49
37
ikisahil.az

10Источники