RU

Trampın arvadının Putinə yazdığı məktubun FOTOSU

ABŞ Prezidenti Donald Tramp Alyaskanın Ankoric şəhərində Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı həyat yoldaşı Melaniya Trampın məktubunu rusiyalı həmkarına təqdim edib.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Ağ Evin adının açıqlanmasını istəməyən iki rəsmisinə istinadla məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Melaniya Trampın məktubu Ukraynadakı münaqişə fonunda itkin düşdüyü və ya qaçırıldığı iddia olunan uşaqların taleyi ilə bağlı olub. Məktubun məzmununda bu məsələyə xüsusi diqqət ayrıldığı vurğulanır.

Qeyd edək ki, Melaniya Tramp avqustun 15-də baş tutan və Ankoric şəhərində keçirilən görüş zamanı prezidentlə birgə səfərdə iştirak etməyib.

Избранный
7
28
redaktor.az

10Источники