RU

Xəzər dənizinin xəritəsində nəhəng qara ləkə yaranıb - FOTO

Xəzər dənizində sahəsi 82 kvadratkilometr olan ləkə peyda olub. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Ostorojno, novosti" "Telegram" kanalına ekoloji təşkilatlara dəstək verən "Prozraçnıy mir" layihəsinin iştirakçıları məlumat veriblər.

Qeyd olunur ki, ləkə saat 05:43-də Sentinel-1A radiolokasiya görüntüsündə müşahidə edilib. O, neft və ya balıq tullantılarından ibarət ola bilər. Ləkənin dəqiq sahəsi 82,5 kvadratkilometr təşkil edir. O Port Kurık-Bakı gəmi xətti boyunca uzanır və Azərbaycan və Qazaxıstanın sektorlarını əhatə edir.

"Bu, artıq suda təsadüfi "çirkli zolaq" deyil, Xəzərin xəritəsindəki tam bir qara ləkədir", - layihə iştirakçısı bildirib.

Onlar narahatdırlar ki, bu cür emissiyalar davam edərsə, dəniz buna tab gətirməyəcək.

Избранный
43
29
avtosfer.az

10Источники