BAKI. 17 avqust. TELEQRAF
İran Prezidenti Məsud Pezeşkian Ermənistan və Belarusa səfərlərinin əsas məqsədinin özəl sektorun fəaliyyətini asanlaşdırmaq və təxirə salınmış razılaşmaların icrasını sürətləndirmək olduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Pezeşkian bildirib ki, İranın özəl sektorunun Ermənistan və Belarusda fəaliyyətinin dəstəklənməsi, eləcə də irimiqyaslı layihələrin, xüsusilə birgə investisiya layihələrinin həyata keçirilməsi səfərin əsas prioritetləridir. Bu məqsədlər iki ölkə ilə ikitərəfli münasibətlərin dərinləşdirilməsi və ümumi hədəflərə nail olunması üçün rəsmilərlə keçiriləcək görüşlərin əsas mövzularından olacaq.