RU

Azərbaycan millisi Qarabağa səfər etdi

Qadınlardan ibarət Azərbaycan milli komandası bu gün Füzuli və Şuşa şəhərlərinə səfər edib.

Demokrat.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, səfər əsnasında komanda üzvləri Füzuli şəhər sakinləri ilə görüşərək, Füzuli şəhərində yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəblə və məktəb şagirdləri ilə tanış olublar.

Tanışlıq zamanı qadın futbolçular ilə 1 nömrəli məktəbin şagirdləri arasında məktəbin meydançasında simvolik məşq, penalti yarışması keçirilib.

Milli komanda daha sonra, Şuşa qalasını, Cıdır düzü də ziyarət edib.

Избранный
77
50
demokrat.az

10Источники