Özbəkistan hakimiyyəti çətin vəziyyətdə qalan 100 soydaşını Rusiyanın Sankt-Peterburqdan geri qaytaracaq.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Dunya” xəbər agentliyi yayıb.
Məlumata görə, Özbəkistanın Baş Konsulluğu və Xarici Əmək Miqrasiyası Agentliyinin nümayəndəliyinin dəstəyi ilə iyulun 30-dan avqustun 30-dək həyata keçirilən “Vətənə qayıdış” xeyriyyə aksiyası çərçivəsində respublika öz vətəndaşlarını qaytaracaq.
Onların geri dönüş vəsiqəsi və aviabiletlə təmin olunduğu, vətənə dönüşünün avqustun 18-ə təyin edildiyi qeyd edilib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта