RU

Qırmızı bülletenlə axtarılan 6 cinayətkar saxlanılaraq Türkiyəyə gətirilib

BAKI, TurkicWorld, Səməd Əyyubov

Türkiyədə qırmızı bülletenlə axtarılan 6 nəfər və milli səviyyədə axtarılan 4 nəfər xaricdə saxlanılaraq ölkəyə gətirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Onun sözlərinə görə, Bolqarıstan, Polşa, Gürcüstan, Almaniya, Şimali Kipr Türk Respublikası və Livanda aparılan əməliyyatlar nəticəsində axtarışda olan şəxslər saxlanılıb və Türkiyəyə təhvil verilib.

Nazir qeyd edib ki, barələrində axtarış qərarı çıxarılan şəxslərin izi diqqətlə izlənib və aidiyyəti ölkələrin hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq aparılıb. Nəticədə “narkotik və psixotrop maddə istehsalı”, “uşağa qarşı cinsi istismar”, “narkotik ticarəti”, “icazəsiz silah-sursat saxlama”, “təhlükə yaratmaq və şantaj”, “qəsdən xəsarət yetirmə”, “dövlət əmlakına zərər vurma”, “yol təhlükəsizliyini pozma”, “şərti azadlığın ləğvi” və “dələduzluq” kimi ittihamlarla 6 nəfər saxlanılıb.

Milli axtarışda olan şəxslərdən isə 4 nəfər “uşağa qarşı cinsi istismar və hədələmə”, “qanunsuz silah-sursat saxlama” və “silahlı terror təşkilatına üzvlük” ittihamları ilə tutulub və Türkiyəyə gətirilib.

Ali Yerlikaya əməliyyata dəstək verən bütün qurumlara təşəkkürünü bildirib.

Избранный
7
3
turkic.world

4Источники