RU

Prezident İlham Əliyev İndoneziya Prezidentini təbrik edib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya RespublikasınınPrezidenti Prabovo Subiantoya təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

İndoneziya Respublikasının milli bayramı – Müstəqillik Günümünasibətilə Sizi və Sizin simanızda dost xalqınızı öz adımdan vəAzərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımıçatdırıram.

Azərbaycan-İndoneziya münasibətlərinin son dövrlərdə inkişafdinamikası, istər ikitərəfli qaydada, istərsə də çoxtərəflistrukturlar çərçivəsində əməkdaşlığımız məmnunluq doğurur.Ölkələrimizin Qoşulmama Hərəkatı, BMT, İslam Əməkdaşlıq Təşkilatı,D-8 və digər beynəlxalq təsisatlar çərçivəsində səmərəliəməkdaşlığını xüsusi qeyd etmək istərdim.

Biz Azərbaycan ilə İndoneziya arasında sağlam təməllər üzərindəqurulmuş, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərinhərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Hazırda siyasi,iqtisadi, mədəni, turizm və digər sahələrdə qarşılıqlı faydalıəməkdaşlığımızın inkişaf etdirilməsi üçün əlverişli zəmin vəimkanlar formalaşmışdır. Hesab edirəm ki, mövcud imkanlardanbəhrələnərək ikitərəfli fəaliyyət gündəliyimizin genişlənməsinənail ola bilərik.

İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərininmöhkəmləndirilməsi, birgə fəaliyyətimizin potensialından tamistifadə olunması, beynəlxalq strukturlar çərçivəsində səmərəliəməkdaşlığımızın dərinləşdirilməsi yolunda birgə səylərimizi bundansonra da uğurla davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik,işlərinizdə uğurlar, dost İndoneziya xalqına daim əmin-amanlıq vərifah arzulayıram"

Избранный
39
50
az.trend.az

10Источники