RU

Paytaxtda əsasən yağmursuz, bölgələrdə arabir yağış...

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Lakin 16-dan 17-nə keçən gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 21-24 dərəcə isti, gündüz 27-31 dərəcə isti, atmosfer təzyiqi 761 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 40-45 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək.

Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-23 dərəcə isti, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 13-18 dərəcə isti, gündüz.

XQ

Избранный
103
50
xalqqazeti.az

10Источники