RU

ISW: Ukrayna ordusu bir neçə istiqamətdə Rusiya qoşunlarını geri çəkilməyə məcbur edib

BAKI. 17 avqust. TELEQRAF

Ukrayna Müdafiə Qüvvələri cəbhənin bir neçə istiqamətində Rusiya ordusunu geri çəkilməyə məcbur edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

Məlumata görə, avqustun 15-16-da Rusiya qüvvələri Novokonstantinovka, Varoçino və Yunakovka yaxınlığında hücuma keçsə də, Sumı vilayətinin şimalında əhəmiyyətli uğur qazana bilməyib.

Xarkov istiqamətində də rusların hücumları nəticəsiz qalıb. Analitiklərin sözlərinə görə, rus ordusu burada əsasən kiçik piyada dəstələri ilə hücum edir, bəzən sürətli hərəkət üçün motosikletlərdən istifadə edir. Lakin bu cəhdlər pərakəndə xarakter daşıyır və irəliləyiş qeydə alınmayıb.

Kupyansk və Liman istiqamətlərindəki hücum cəhdləri də uğursuz olub. "ISW" ekspertləri rus hərbi bloqçularının guya uğur qazanması barədə iddialarını təkzib edib.

Bununla belə, Seversk istiqamətində rusların müəyyən qədər irəliləməsi təsdiqlənib. Çasov Yar və Toretsk yaxınlığında isə rus ordusunun hücumları uğursuzluqla nəticələnib.

Pokrovsk istiqamətində Ukrayna qüvvələri bir sıra uğurlar əldə edib. Bildirilir ki, Ukrayna hərbçiləri Dobropolye yaxınlığında bir neçə yaşayış məntəqəsini azad edib, həmçinin Veseloe və Qruzskoye bölgələrindən işğalçıları çıxarmağa nail olublar. Bundan başqa, Rubejnoe, Novovodyanoe, Petrovka və Zolotoy Kolodez yaşayış məntəqələrinin azad edildiyi təsdiqlənib.

Velikomixaylovka istiqamətində də Ukrayna qüvvələri düşməni Andreevka-Klevtsovo bölgəsindən geri çəkilməyə məcbur edib. Bu vaxt Rusiya Novopavlovka istiqamətində hücuma cəhd göstərsə də, nəticə əldə olunmayıb.

Zaporoje vilayətində Qulyaipole yaxınlığında və Xerson istiqamətində (Antonovski körpüləri ətrafında( və Beloqrudıy adası yaxınlığında da Rusiya ordusunun hücumları uğursuzluqla başa çatıb.

Избранный
73
10
teleqraf.com

10Источники