RU

“Qələbə qazanmalı idik” – Emin Mahmudov

“Neftçi” Misli Premyer Liqasının ilk turunda evdə “Şamaxı” ilə heç-heçə etdi (1:1).

Matçın ardından “Neftçi”nin kapitanı Emin Mahmudov görüş barədə İdmanxeber.az saytına danışıb. Təcrübəli futbolçu komandanın çıxışından, yenidən kapitanlığa qayıtmasından söz açıb:

“İlk hissəyə yaxşı başlamamışdıq. Amma ikinci yarıda oyunu tam dəyişdik və çoxlu qol imkanları yaratdıq. “Şamaxı” kimi rəqibə qarşı bu qədər fürsət tapmaq asan deyil. Qələbə qazanmaq istəyirdik, amma təəssüf ki, alınmadı.

Yenidən kapitan seçildiyim üçün çox qürurluyam. Bu, baş məşqçimiz Samir Abasovun qərarıdır. Mən də çalışıram ki, kluba maksimum fayda verim. Komanda yoldaşlarımla münasibətlərim çox yaxşıdır. Onların adaptasiya prosesini sürətləndirmək üçün əlimdən gələni edirəm”.

Mahmudov komandaya qoşulan yeni futbolçulardan da danışıb:

“Yeni futbolçular hələ tam uyğunlaşmayıb. Çünki bəziləri komandaya gec qoşulub. Bu oyunda da müəyyən qədər hiss olundu. Amma bu, bəhanə deyil. Qələbə qazanmalı idik. Sadə səhvlərə yol veririk, onları aradan qaldırmağa çalışacağıq. İnanıram ki, yaxın zamanda daha güclü ‘Neftçi’ görəcəyik. Əslində, vaxtımız yoxdur, növbəti oyundan mütləq qələbə qazanmalıyıq.

Yeni gələn futbolçuların kluba böyük fayda verəcəyinə inanıram. Onlar meydanda kreativliklərini göstərəcəklər. Bu heyətlə minimum ilk üçlükdə yer alacağımızı düşünürəm. Amma ‘Neftçi’nin əsas hədəfi həmişə çempionluq olub. Ən çətin mövsümlərdə belə bu dəyişməyib”.

Təcrübəli oyunçun qarşıdakı “İmişli” görüşündən də söz açıb:

“İstəməzdim ki, çempionatımızda süni ot örtüklü stadionlar olsun. Hətta Şamaxıdakı stadionda işıqlandırma belə yoxdur və günün altında oynayırıq. Ümid edirəm ki, “İmişli” ilə görüşü qələbə ilə başa vuracağıq”.

Избранный
67
43
idmanxeber.az

10Источники