RU

Ağ Evdə Zelenskiyə kostyum geymədiyinə görə irad tutan amerikalı jurnalistə Alyaskada hədiyyə edilən rus arağı saxta çıxdı...

Amerikalı jurnalist Brayan Qlenn Alyaskada keçirilən sammit zamanı Rusiya Federasiyasından olan həmkarından hədiyyə olaraq bir şüşə rus arağı alıb. Sonradan arağın yaxınlıqdakı mağazadan alınmış saxta içki olduğu üzə çıxsa da, o, buna çox “sevinib”.
 
Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, Brayan Qlenn ruslardan belə bir “hədiyyə”ni minnətdarlıq əlaməti olaraq alıb: rusiyalı jurnalistlərdən birinin kamera dayağı ilə bağlı problem yarananda onu amerikalıdan “borc” alıb. Bu barədə “Obozrevatel” nəşri sosial şəbəkələrə istinadla məlumat yayıb.
 
Ruslardan gələn hədiyyəni Brayan Qlenin ortağı və ABŞ-ın Respublikaçı konqresmen Marjori Teylor Qrin sosial şəbəkələrdə paylaşıb. O, araqdan bəhs etməyib, ancaq “amerikalı və rusiyalı jurnalistlərin necə barışdıqları” ilə öyünüb. Qrin əlavə edib ki,  onun "yaşamaq istədiyi" məhz belə dünyadır.
 
Brayan Qlenn özü rusların “hədiyyəsi” haqda danışmayıb.
 
Amma onun rusiyalı həmkarı, Kreml "hovuzu"nun iştirakçılarından biri sosial şəbəkələrdə araqla epizodu xatırladıb. Amerikalının alkoqollu içki şəklində minnətdarlıq alması şərtlərindən danışan da o olubş
 
"Bu heyrətamizdir, dostum. Sağ ol! Amerikalı jurnalist rus arağını qəbul edir. Rüşvət deyil, sadəcə araqdır", - Brayan Qlenn hədiyyəyə cavab verib.
 
Məlum olub ki, Qlenin hədiyyə aldığı içki saxta spirtli içki olub. Rus onu “ən yaxın mağazadan” alıb.
 
Xatırladılır ki, Brayan Qlenn Ağ Evə səfəri zamanı Vladimir Zelenskidən kostyumu olub-olmaması  barədə soruşub
Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında 2025-ci ilin fevralında baş tutan qalmaqallı görüş jurnalistlərin qızğın sorğuları ilə müşayiət olunub. Zelenski rəsmi geyimdə olmayan Amerika siyasətçiləri ilə görüşə gəldiyi üçün onlardan biri - məhz həmin B.Qlenn Ukrayna liderinə kostyumu ilə bağlı suallarla hücum edib.
Избранный
16
8
moderator.az

10Источники