RU

Avropa liderlərindən Ukrayna ilə bağlı

Avropa liderləri Ukraynadakı müharibə davam etdikcə Rusiyaya təzyiqləri davam etdirməyə hazır olduqlarını bəyan ediblər.Metbuat.az xəbər verir ki, Avropa Şurası ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüşdən sonra Fransa, İtaliya, Almaniya, Böyük Britaniya, Finlandiya və Polşa liderləri, Aİ Şurasının sədri Antonio Kosta və Aİ Komissiyasının sədri Ursula fon der Leyen ilə birgə bəyanat yayıb. Açıqlamada qeyd olunub ki, Tramp bu liderləri və Ukrayna prezidenti Vladimir Zelenskiyi bu gün səhər Alyaskada Putinlə görüşünün nəticələri barədə məlumatlandırıb.Bildirilir ki, bəyanatda Trampın Ukraynadakı qətliamın dayandırılması, Rusiyanın təcavüzünə son qoyulması, ədalətli və davamlı sülhə nail olmaq səyləri alqışlanıb. O, ABŞ prezidentinin “Razılaşma olmayana qədər heç bir sövdələşmə olmaz” ifadəsinə istinad edib.Bəyanatda vurğulanıb ki, Trampın nəzərdə tutduğu kimi, növbəti addım Zelenskinin də daxil olduğu görüş olmalıdır.Bəyanatda Avropanın mövqeyi belə ümumiləşdirilib:"Ukrayna öz suverenliyini və ərazi bütövlüyünü effektiv şəkildə müdafiə etmək üçün qəti təhlükəsizlik zəmanətlərinə malik olmalıdır. Biz prezident Trampın ABŞ-nin təhlükəsizlik təminatlarını verməyə hazır olması ilə bağlı bəyanatını alqışlayırıq. İstəklilərin Koalisiyası aktiv rol oynamağa hazırdır. Rusiya Ukraynanın Aİ və NATO-ya daxil olmasına veto qoya bilməz. Ukraynanın beynəlxalq sərhədləri ilə bağlı qərar qəbul etmə məsuliyyəti zorla dəyişdirilməməlidir”.

Bəyanatda Avropanın Ukraynaya dəstəyinin və Rusiyaya qarşı sanksiyaların davam edəcəyi vurğulanıb.

Избранный
78
25
metbuat.az

10Источники