RU

ABŞ Qəzza sakinlərinə viza verilməsini dayandırıb

ABŞ Dövlət Departamenti Qəzza sakinlərinə viza verilməsini dayandırıb.

Bu barədə Dövlət Departamentinin “X” sosial şəbəkəsində yaydığı məlumatda bildirilib.

“Son günlər tibb və humanitar işçilər üçün az sayda müvəqqəti vizaların verilməsi məqsədilə istifadə olunan proses və üsulları tam və hərtərəfli nəzərdən keçirərkən qəzzalılar üçün bütün giriş vizaları dayandırılıb”, – açıqlamada qeyd olunub.

MənbəREPORT
Избранный
53
3
banker.az

10Источники