RU

Avropa liderləri Tramp və Zelenski ilə birlikdə Ukrayna müharibəsinin həllini müzakirə edə bilərlər

BAKI, TurkicWorld, Səməd Əyyubov

İsraildə girovlarla həmrəylik məqsədilə keçirilən ölkə miqyaslı etiraz aksiyaları çərçivəsində bir sıra əsas yollar, o cümlədən 1-ci magistral və Raanana qovşağı etirazçılar tərəfindən bağlanıb. Bununla yanaşı, 75-ci və 443-cü magistral yollarının bəzi hissələri də nəqliyyata bağlıdır.

TurkicWorld xəbər verir ki, İsrail Polisinin verdiyi məlumata görə, asayişin qorunması üçün minlərlə polis əməkdaşı, sərhəd polisi və yol polisi səfərbər edilib.

Bu gün boyunca ölkə daxilində 300-dən çox aksiya keçirilməsi planlaşdırılıb. Etirazlar yerli vaxtla səhər saat 06:29-dan axşam 20:00-a qədər davam edəcək.

Paytaxt Təl-Əvivdə universitetdən yürüş başlayacaq, şəhər bələdiyyəsi qarşısında mitinq və səhiyyə işçilərinin “Ağ xalatlar” yürüşü təşkil olunacaq. Axşam isə əsas mitinq “İsrail dayanır” şüarı adı altında Girov Meydanında keçiriləcək.

Qüdsdə Prezident iqamətgahı önündə və Beit Hakerem məhəlləsində aksiyalar planlaşdırılıb. Haifa və Ber-Şevada da gün boyu mitinqlər keçiriləcək.

İsrailin onlarla meri, o cümlədən Bələdiyyələr Birliyinin sədri Haim Bibas, Regional Şuralar Mərkəzinin rəhbəri Şay Hacac və Təl-Əviv meri Ron Hulday aksiyalara dəstək verirlər. Bələdiyyələr rəsmi olaraq fəaliyyətlərini dayandıra bilməsələr də, bazar gününü girovların azad edilməsi üçün təbliğat günü elan ediblər.

Bundan başqa, Texnion, Tel-Əviv Universiteti, Qüds İbranı Universiteti və Ben-Qurion Universiteti aksiyalara qoşulduqlarını açıqlayıblar.

Etirazların əsas məqsədinin girovların azad olunması və müharibənin dayandırılması üçün hökuməti tezliklə razılaşma əldə etməyə məcbur etmək olduğu vurğulanıb.

Qeyd edək ki, ötən həftə girovların və həlak olanların ailələri aksiya keçirəcəklərini, ölkəni tamamilə iflic vəziyyətinə salacaqlarını bildirmişdilər.

Избранный
39
41
turkic.world

10Источники