RU

“Ferensvaroş” mərkəzi görüşdə uduzdu- 10 əsas oyunçuya istirahət verildi

style='margin-bottom:10px;'>

Macarıstan yüksək liqasında 4-cü turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Ferensvaroş” mərkəzi görüşdə “Akademiya Puşkaş” komandasını qəbul edib və 1:2 hesabı ilə uduzub. Bu qələbə sayəsində “Akademiya Puşkaş” xalını 9-a çatdırmaqla liderliyə yüksəlib, “Ferensvaroş” isə (7 xal) üçüncü pilləyə düşüb.

“Ferensvaroş”dan qolu Kadu (24-cü dəq), “Akademiya Puşkaş”dan isə Lukacs (20, 71) vurub.

Macarıstan mediasının yazdığına görə, baş məşqçi Robbi Kin bu matçda heyətdə köklü dəyişiklik edib. O, bu həftə "Ludoqorets"lə Çempionlar Liqasının cavab matçında əsas heyətə daxil etdiyi 10 oyunçuya istirahət verib və onları ilk 11-liyə salmayıb. Buna səbəb "Qarabağ"la qarşıdakı oyundur.

Xatırladaq ki, “Ferensvaroş”la “Qarabağ” arasında ilk oyun avqustun 19-u Budapeştdə, cavab matçı avqustun 27-si Bakıda keçiriləcək.

Избранный
40
13
teleqraf.com

10Источники