RU

Polis İngiltərə Premyer Liqasının oyununda baş vermiş irqçiliklə bağlı araşdırmaya başlayıb

ain.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Liverpul polisi İngiltərə Premyer Liqasının açılış oyununda baş vermiş irqçiliklə bağlı araşdırmalara başlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 47 yaşlı azarkeş "Bornmut"un futbolçusu Antuan Semenyonu təhqir etdikdən sonra tribunadan uzaqlaşdırılıb.

Qeyd edək ki, "Liverpul" I turun açılış matçında "Bornmut"a qalib gəlib - 4:2.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
14
5
baku.ws

4Источники