Rusiyanın Voronej şəhərində tanınmış azərbaycanlı iş adamı Yusif Xəlilov yenidən saxlanılıb.
Senzor.az bildirir ki, bu barədə Rusiyanın “Teleqram” kanallarında məlumat yayılıb.
Məlumata görə, iş adamı rüşvət verməkdə şübhəli bilinir.
Həbs-qətimkan tədbirinin müəyyən edilməsi ilə bağlı məhkəmə iclası avqustun 17-nə təyin olunub.
Qeyd edək ki, o, Voronejdə yerləşən “Alekseyevski” bazarının ortaq sahibidir.
Xatırladaq ki, Y.Xəlilov ilk dəfə iyunda saxlanılmış, əməliyyat tədbirləri həyata keçirildikdən sonra sərbəst buraxılmışdı.
Yeri gəlmişkən, iş adamı ilk dəfə belə saxlanılmışdı: