BAKI, 17 avqust. TELEQRAF
Yaponiya sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumat yayıb.
Zəlzələnin episentri 500 mindən çox insanın yaşadığı Kaqoşima şəhərindən 128 kilometr aralıda qeydə alınıb. Yeraltı təkanların ocağı 37 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.