RU

"Fənərbağça" səfərdə qalib gələ bilmədi

Futbol üzrə Türkiyə Superliqasında II turun oyunları keçirilir.

Axar.az xəbər verir ki, ilk turdakı matçı təxirə salınan "Fənərbağça" yeni mövsümə avqustun 16-da start verib. İstanbul klubu səfərdə "Göztəpə"nin qonağı olub. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, turun açılış oyununda "Qalatasaray" evdə "Fatih Karagümrük" komandasına 3 cavabsız qolla qalib gəlib. Turun digər matçlarında "Alanyaspor" "Rizəspor"la qolsuz heç-heçə edib, "Samsunspor" isə səfərdə "Kocaelispor"u minimal hesabla üstələyib. Turnir cədvəlinə 6 xalla "Qalatasaray" başçılıq edir. Eyni xala malik "Samsunspor" 2-ci pillədə qərarlaşıb.

Tura bu gün və sabah keçiriləcək görüşlərlə yekun vurulacaq.

Избранный
25
17
axar.az

10Источники