ain.az, Footbal-plus portalına istinadən məlumat verir.
Dünənki “Karvan-Yevlax” - “Qəbələ” oyunu ilə elitada 2025/26 mövsümünə start verildi. Oyundan sonra yevlaxlıların yeni transferi Coy-Sleyd Mikels “Football-plus.az”a müsahibə verdi.- Bu oyun haqda fikirlərin?- Çətin oyun oldu, ilk dəqiqələrdə çox çətinlik çəkdik. Amma biz premyer-liqaya yeni yüksəlmişik. Vaxta ehtiyacımız var. Yeni kollektivik. İnanırıq ki, gələcək oyunlarda daha yaxşı nəticələr əldə edəcəyik.- “Karvan-Yevlax”a gəlməyində qardaşlarının rolu var?- Xeyr.- Coy-Lens də oyunu izləyənlər arasındaydı. Onu sən dəvət etmişdin?- (tərcüməçi söhbətə qoşulub deyir ki, mən sürpriz etmişəm). Ailəmin yanımda olması mənə həmişə motivasiya verir.MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.