RU

Türkiyədə otellərin qiymətləri kəskin şəkildə ucuzlaşdı – Rus turistlər Türkiyəyə axın edir 

Qiymət bahalaşması ilə əlaqədar bu yay Türkiyə turizm sektorunda gözlənilməz geriləmə müşahidə olunurdu.  Lakin otellərdə qiymətlərin kəskin şəkildə aşağı düşməsi rus turistlərin Türkiyəyə axın etməsinə səbəb olub. Ulusal.az Rusiya mediasına istinadən xəbər verir ki,  artıq rusiyalı turistlər sentyabr və oktyabr aylarında Türkiyədə istirahət etmək üçün kütləvi turlar alırlar. Rusiya Turizm Sənayesi İttifaqının məlumatına görə, otellərdə qiymətlər ötən illə müqayisədə nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Məhz bu səbəbdən rusiyalı turistlər ucuzlaşan turlardan istifadə edirlər.

Məlumatlara əsasən, bu mövsümdə Türkiyəni təxminən 3,8 milyon rusiyalı turistin ziyarət edəcəyi gözlənilir.

Turizm şirkətlərinin məlumatına görə, bəzi bölgələrdə – xüsusilə Antalya, Alanya və Bodrum istiqamətində otel qiymətləri ötən ilin analoji dövründəki qiymətlərdən aşağıdır.

Избранный
54
38
moderator.az

10Источники