RU

Sumqayıtda avtomobilin vurduğu piyada xəstəxanada VƏFAT ETDİ

Sumqayıtda yol qəzası nəticəsində xəsarət alan piyada 9 gün sonra xəstəxanada ölüb.

Bizim.Media xəbər verir ki, hadisə avqustun 7-də şəhərin Koroğlu prospektində baş verib. “Mercedes” markalı avtomobil yolu keçən 1953-cü il təvəllüdlü Mədinə Fehruz qızı Nəbiyevanı vurub.

Ağır xəsarətlər alan qadın paytaxt xəstəxanalarından birinə yerləşdirilsə də, həkimlərin səyinə baxmayaraq bu gün vəfat edib.

Faktla bağlı araşdırma aparılır. (Report.az)

Bizim.Media

Избранный
14
4
bizim.media

10Источники