Pakistanda daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 351 nəfərə çatıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Milli Fəlakətlərin İdarə Olunması Agentliyi məlumat yayıb.
Məlumata görə, Xayber-Paxtunxva əyalətində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 328 nəfərə çatıb, Gilgit-Baltistanda 12 nəfər, Azad Kəşmirdə 11 nəfər həyatını itirib. Qeyd olunur ki, təbii fəlakət zamanı 120 nəfər yaralanıb.
Daşqınlar və torpaq sürüşmələri 116 evə ziyan vurub. Çoxlu ev su altında qalıb, bəzi ərazilərdə rabitə kəsilib.
Təbii fəlakətin ziyan vurduğu ərazilərdə axtarış – xilasetmə tədbirləri davam edir.
13:38
Pakistanın Xayber-Paxtunxva əyalətində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 307 nəfərə çatıb.
“Report” xarici mediaya istinadən xəbər verir ki, bu barədə əyalətin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
Buner bölgəsində 48 saat ərzində 184 nəfər həlak olub.
10:31
Pakistanda baş verən daşqın və sürüşmələr nəticəsində ölənlərin sayı ən azı 220 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.
Ölkənin şimal-qərb hissəsində xilasedicilər gecə ərzində sürüşmələr və daşqınlar nəticəsində dağılmış evlərin dağıntıları altından daha 63 nəfərin meyitini çıxarıblar.
Xayber-Paxtunxva əyalətinin naziri Əli Amin Qandapur şənbə gününü matəm günü elan edib.
"Cebheinfo.az"