RU

Qayın gəlini yatdığı yerdə mülkə görə qətlə yetiribmiş – ŞOK

Cəlilabad rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

KONKRET.az xəbər verir ki, “Report”un məlumatına görə, hadisə gecə saatlarında rayonun Alar kəndində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Təhmasib Əliyev qardaşının həyat yoldaşı 1963-cü il təvəllüdlü Rəviyyə Nərimanovanı qətlə yetirib.

Məlumata görə, T.Əliyev pəncərədən evə daxil olaraq yatmış vəziyyətdə olan R.Nərimanovaya bıçaqla zərbələr vurub.

Mərhumun qardaşı Şaiq Nərimanovun sözlərinə görə, Təhmasiblə qardaşı Firdovsi arasında bir müddətdir torpaq və mal-mülk üstündə narazılıqlar olub. Xüsusilə hər iki qardaşın yaşadığı evin kimə aid olması mübahisəyə çevrilib. Son vaxtlar mübahisələr daha da gərginləşib. Həmçinin R.Nərimanova T. Əliyev tərəfindən təhdidlərə məruz qalırmış. Bu səbəbdən qadın təhdidlərlə bağlı Biləsuvarın İsmətli kəndində yaşayan ailə üzvlərinə öncədən xəbər verərək həyatından narahat olduğunu qeyd edib.

T.Əliyev və onun böyük qardaşı Firdovsi Əliyev uzun müddət mal-qara alveri ilə məşğul olub. Elə həmin gün F.Əliyev bazara yola düşəndən sonra səhərə yaxın bu hadisə baş verib.

Həmçinin mərhumun yaxınları bildirib ki, ailələr həm də bir-birilərinə ikitərəfli qohumdurlar. Belə ki, qətli törətməkdə şübhəli bilinən T.Əliyevin bacısı mərhumun qardaşının həyat yoldaşıdır.

Qeyd edək ki, T.Əliyev əvvəllər də məhkumluq həyatı yaşayıb.

Избранный
62
konkret.az

1Источники