RU

Rusiya dünyada dominantlıq iddiasında deyil..?

Rusiya dünyada dominantlıq iddiasında deyil, Alyaskada iki ölkə liderlərinin danışıqlarından sonra əməkdaşlığa və qarşılıqlı inkişafa sadiqdir.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikri VTsİOM(Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi-A.B.)analitik mərkəzinin baş direktoru Valeri Fedorov Yeni Media Festivalında panel müzakirəsi zamanı deyib.

...Rusiya dünyada dominantlıq iddiasında deyil. Biz bununla fəxr etməliyik, çünki dünya fərqlidir və biz fərqli olmuşuq. Biz başa düşürük ki, dünyaya hökmranlıq etmək lazım deyil. Bizə şaquli deyil, qeyri-dominantlıq dünyası lazımdır, bizə əməkdaşlıq və qarşılıqlı fəaliyyət, qarşılıqlı inkişaf dünyası lazımdır. Həm də hər kəsin kimin daha soyuqqanlı olduğunu, kimin iradəsini daha güclü olduğunu müəyyənləşdirdiyi dünya deyil.

O, vurğulayıb ki, hazırda Rusiya ilə digər ölkələr, o cümlədən son vaxtlara qədər elita öz məqsədlərinə çatmaq üçün geniş alətlərdən istifadə etməyə hazır olan ABŞ-dan əsas fərq budur.

Ekspert əlavə edib ki, Rusiya və ABŞ əsas məsələlərin konkret həll yollarına keçməzdən əvvəl tərəflər etimad məkanı yaratmalıdırlar.

Əli Babayev

Избранный
31
22
sia.az

10Источники