ABŞ və Rusiya bir çox məsələrdə anlaşıblar, yəni, ikitərəfli məsələlərdə anlaşmalar var. Ukrayna məsələsində anlaşma məsuliyyətini Tramp öz üzərinə götürmür, götürmək istəmir.
Ukrayna və AB qarşısında iki seçənək qoyur:
1) Torpaq güzəşti və atəşkəsin detalları ilə bağlı Zelenski-Ukrayna qərar versin, AB isə bu prosesdə zamin olsun,
2) Müharibəni davam etdirmək sitəyirsinizsə, ABŞ birbaşa bu müharibədə iştirakdan çəkilir, AB Ukrayna üçün silah almaq istəsə, əlini cibinə salsın, gəlsin-alsın, sonra Ukraynaya versin.
AB ölkələri nə istəyir?
Onların istəyi budur ki, Ukrayna öz fədakarlığı ilə daha 2-3 il müqavimək göstərsin, Avropa zaman qazansın, bu zaman kəsimində öz hərbi-sənaye kompleksini işə salıb, Rusiya ilə ehtimal edilən toqquşmaya hazır olsun.
Ukrayna haqqında Ukraynasız, və ya Ukrayna ilə birgə - fərq etməz, nə danışırlar-danışsınlar, təəssüf ki, Kiyev üçün yaxşı çıxış yolu görünmür. Pislə, çox pis arasında gedib-gələn Ukrayna görürük, insanın ürəyi ağrıyır, qəhrəman Ukrayna əsgəri, xalqı üçün insan yanır-tökülür. Hakbuki, İstanbul anlaşması olsaydı, 2022-də Ərdoğanın əziyyəti nəticə versəydi, bu Ukrayna üçün bizim 1994-də imzaladığımız “Bişkek Protokoluna” bəznər şərait yaranacaqdı. Bu sənəd Ukraynaya yaxın 10-15 ildə, post-Putin dönəmində öz ərazi bütövlüyünün və suverenliyinin bərpası üçün “əl yeri” qoyacaqdı.