RU

Pezeşkian avqustun 18-də Ermənistana rəsmi səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian avqustun 18-də Ermənistana rəsmi səfər edəcək.

 

Bu barədə Ermənistan KİV-ləri İran Prezidentinin müşaviri Mehdi Sənaiyə istinadən məlumat yayıb.

 

"Prezident Pezeşkianın Ermənistana səfəri iki gün davam edəcək", - o bildirib.

 

İran Prezidenti İrəvandan sonra Belarusa yollanacaq.

 

Müşavirin sözlərinə görə, səfərin məqsədlərindən biri qeyd olunan ölkələrlə xüsusilə işgüzar sahədə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, eləcə də sənədlərin imzalanmasıdır./Report

Tarix: 16 Avqust 2025, 16:46   
Избранный
32
9
pravda.az

10Источники