RU

Bakıda metrodan istifadə edənlərin sayı azaldı

  Bu ilin yanvar-iyul aylarında Azərbaycanda metro nəqliyyatından istifadə edən sərnişinlərin sayı 127 587.1 min olub.

Referans Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da illik müqayisədə 1.9% azalma deməkdir.

Məlumata əsasən, ötən ilin yanvar-iyul aylarında Bakı metropolitenindən 130 103.4 min sərnişin istifadə edib.

Xatırladaq ki, hazırda Bakıda metropolitendə stansiyaların sayı 27-dir.  

Избранный
59
27
referans.az

10Источники