RU

Vəfa Şərifova kimlərlə duet oxuyub? SİYAHI

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Son illərin ən çox gündəm olan müğənnilərindən biri Vəfa Şərifovadır. 

O, istər mahnıları, istərsə də klipləri ilə diqqət çəkməyi bacarır. 

Sənətçinin ifaları "YouTube"da milyonlarla dinlənilmə rəqəmlərinə çatır. 

Üstəlik, Vəfa Şərifovanın verdiyi konsertlər və getdiyi açılışlar da izdihamlı keçir.

Bütün bunlar isə onu daim gündəmdə saxlayır. Müğənni solo ifaları ilə yanaşı, duetləri ilə də diqqət çəkməyi bacarır. O, indiyə kimi bir çox həmkarı ilə duetlər oxuyub. Onların demək olar ki, hamısı uğurlu alınıb.

Bəs Vəfa Şərifova kimlərlə duet oxuyub?

"Cebheinfo.az" Vəfa Şərifovanın duet ortaqlarını araşdırıb.

Onun duet ortaqları aşağıdakılardır:

*Serdar Ortaç: "Mashup" 

*Aqşin Fateh: "Həyatım", "Şəkillərdə gülən qadın"

*Nəfəs: "Arkadaş", "Gələr", "Açılmadı sabahım", "Getdi", "Popuri", "Mashup" və "Səni məndən" 

*Şəbnəm Qəhrəmanova: "Mashup"

*İntiqam Kərimov: "Tufanla oynama"

*Tərlan Novxanı: "Çarə nədir?"

*İfrat: "Salam bütün unudanlara".

Elmir Mustafa

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
30
1
cebheinfo.az

2Источники