RU

Kərbəlaya getmək istəyən ata və oğulun başına iş gəldi

Astarada Məşhəd və Kərbəla ziyarətlərinə getmək istəyə şəxs aldadılıb.

Hurriyyet.az xəbər verir ki, ata və oğlunu aldatmaqda ittiham olunan 28 yaşlı Sadiq barəsində dələduzluq maddəsi ilə cinayət işi açılıb.

İstintaqla müəyyən edilib ki, Sadiq əvvəldən tanıdığı Əmrah adlı şəxsdən atası ilə birlikdə onları Məşhədə aparacağı vədi ilə 2160 manat pul alıb.

Pulu aldıqdan sonra Əmrah 15 gün ərzində Məşədə gedə bilmədiyini görüb və tez-tez Sadiqlə əlaqə saxlayıb. Sadiq sonuncu dəfə Əmrahdan çemodanını yığmasını və sabah getmək üçün hazırlaşmasını istəyib. Lakin Sadiq yenə də vədinə əməl etməyərək Əmrahı aldadıb.

Sadiq ifadəsində deyib ki, borcları olduğu üçün ziyarətə getmək istəyən şəxslərdən pul alaraq digər borclu olduğu şəxslərə qaytarıb. Sadiqin sözlərinə görə, Əmrahın da pulunu qaytarmaq üçün başqa ziyarətə getmək istəyən şəxslər axtarıb. Məqsədi həmin şəxslərdən aldığı pulu Əmraha qaytararaq vaxt qazanmaq olub. Lakin ziyarətə getmək üçün adam tapa bilməyib və Əmrah da ondan şikayətçi olub.

Törətdiyi əməldən peşman olduğunun deyən Sadiq zərərdən sadəcə 300 manatını qaytardığını, qalan məbləği ödəyə bilmədiyini deyib.

Zərərçəkmiş şəxs isə pulunun tam geri qaytarılmasını istəyib. Məhkəmə Sadiqi törətdiyi cinayət əməlində təqsirli bilib. Onun barəsində 2 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Sadiq bu müddət ərzində elektron qolbaq gəzdirməli olacaq.

Musavat.com

Избранный
39
1
hurriyyet.az

2Источники