RU

Erkən yaşda abort: “Ailələr belə halları gizlətməyə çalışır”

"Çox vaxt ailələr belə halları gizlətməyə çalışır və nəticədə hamiləliyin həkim nəzarəti olmadan, qeyri-peşəkar şəxslərin sona çatdırılması cəhdləri baş verir". 

Hurriyyet.az xəbər verir ki, bunu “Yeni Sabah”a ginekoloq Zivər Eldarova deyib.

O, Azərbaycanda ötən il qeydə alınan abortlarda yeniyetmə yaşda olan qızlara dair statistiknı şərh edib. Pepperoni pizza

Xatırladaq ki, rəsmi statistikaya görə, 2024-cü ildə 15-17 yaş aralığında - 72, 18-19 yaş aralığında isə 2 679 gənc qadın hamiləliyin dayandırılması üçün müraciət edib.

“Yeniyetmə yaşda baş verən hamiləlik sağlamlıq, tibbi və sosial baxımdan son dərəcə ciddi bir məsələdir. Bu yaş dövründə orqanizmin inkişafı tam başa çatmadığı üçün erkən hamiləlik qızlarda preeklampsiya, anemiya, erkən doğum kimi riskləri artır. Hamiləlik prosesi tibbi cəhətdən daha ağır keçir və müxtəlif fəsadlara səbəb ola bilir", - deyə Zivər Eldarova vurğulayıb.

O əlavə edib: "Çox vaxt ailələr belə halları gizlətməyə çalışır və nəticədə hamiləliyin həkim nəzarəti olmadan, qeyri-peşəkarin sona çatdırması cəhdləri baş verir. Bu cür müdaxilələr daxili infeksiyaların, yapışıqlıqların və bitişmələrin yaranmasına səbəb olur. Nəticədə “Aşerman sindromu” kimi ağır vəziyyətlər formalaşaraq gələcəkdə sonsuzluqla nəticələnə bilir”.

Ginekoloq bildirib ki, məsələ yalnız tibbi tərəflə məhdudlaşmır, psixoloji təsirlər də az deyil:

“Yeniyetmə hamiləliyi yaşayan qızlarda depressiya, özgüvən itkisi, sosial təcrid halları müşahidə olunur. Bir çox hallarda belə hamiləliyin səbəbi cinsi istismar olur ki, bu da həmin gənclərdə gələcəkdə ailə qurmağa, intim münasibətə və qarşı cinslə ünsiyyətə qarşı dərin travmalar yaradır.

Belə halların qarşısını almaq üçün ən əsas rol ailə və övlad arasındakı münasibətə aiddir. Valideyn övladına yalnız nəzarətçi kimi deyil, həm də dost, sirdaş kimi yanaşmalıdır. Uşaqlar mühakimə olunmayacağını bildikdə daha açıq danışır, yaşadıqları və ya şahidi olduqları xoşagəlməz halları bildirməkdən çəkinmirlər. Bu, valideynlərin riskli vəziyyətlərdən vaxtında xəbərdar olmasına imkan yaradır.

Maarifləndirmə də vacib faktorlardandır. Təəssüf ki, orta məktəblərdə biologiya və anatomiya dərslərində “cinsi sağlamlıq” mövzusu çox vaxt ötürülür. Halbuki uşaqlara bədənlərini tanımaq, şəxsi sərhədlərini bilmək, kimlərin onlara toxuna və necə davranma haqqına sahib olduğunu anlamaq üçün erkən yaşdan düzgün məlumat verilməlidir. Cinsi təhsil yalnız bioloji prosesləri izah etməklə bitmir, həm də təhlükəli situasiyaları tanımaq və özünü qoruma bacarığı qazandırmaqdır”.

Избранный
49
2
hurriyyet.az

3Источники