RU

Abort etdirən yeniyetmələr hansı təhlükə ilə üz üzədir?

Oxu.az saytına istinadən ain.az xəbər verir.

"Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti" statistik məcmuəsinin məlumatına görə, ötən il Azərbaycanda 78 mindən çox abort qeydə alınıb.

Müraciət edənlərdən 72 nəfər 15-17 yaş qrupuna, 2 679 nəfər isə 18-19 yaş qrupuna aiddir.

Cərrah mama-ginekoloq Aynurə Abdullayeva Baku TV-yə açıqlamasında bildirib ki, abort ciddi tibbi fəsadlara səbəb ola bilər:

"Uşaqlığın zədələnməsi, deşilməsi, endometriyanın və uşaqlıq borularının zədələnməsi, hormonal fonun dəyişməsi qadının gələcək reproduktiv sağlamlığını təhlükə altına alır. Həkimlər və cəmiyyət olaraq hər zaman gənc qızlarımızı bundan qorumağa çalışmalıyıq".

Sosioloq Üzeyir Şəfiyevin fikrincə, abort sayının artması valideyn-övlad münasibətlərindəki problemlərlə bağlıdır:

"Statistikada artım varsa, deməli, ailələrdə uşaqlara diqqət və nəzarət yetərli deyil. Valideynlər övladlarını daha çox təhsilə və uğurlu gələcək nümunələrinə yönləndirməlidirlər".

Baş müəssisə işçisi Rafiq Mahmudov isə vurğulayıb ki, yetkinlik yaşına çatmayanlarda abortların səbəbi reproduktiv sağlamlıqla bağlı məlumatsızlıq və kontraseptiv vasitələrdən düzgün istifadə edilməməsidir:

"Erkən nikah məsələsi də əlavə problem yaradır. Biz çalışırıq ki, dövlət və cəmiyyət üçün xoşagəlməz halların qarşısını alaq".

Mütəxəssislər hesab edirlər ki, yetkinlik yaşına çatmayanlarda abort hallarının azalması üçün maarifləndirmə işləri, valideyn nəzarəti və hüquqi tədbirlər birgə həyata keçirilməlidir. Tibbi, sosial və hüquqi səviyyədə atılacaq addımlar gələcək nəsillərin həm mental, həm də fiziki sağlamlıq inkişafına zəmin yaradacaq.

Ətraflı - videosüjetdə:

Abort etdirən yeniyetmələr hansı təhlükə ilə üz-üzədir?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
68
6
oxu.az

10Источники