RU

Tramp: “Zelenski Putinlə razılaşmalıdır”

Tramp:

ABŞ prezidenti Donald Tramp açıqlayıb ki, Vladimir Putinlə danışıqlar “çox yaxşı” keçib və buna görə də hələlik Çinə qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi nəzərdə tutulmur. “Bəlkə də 2–3 həftədən sonra bu barədə düşünməli olaram”, – deyə o əlavə edib.Tramp bildirib ki, artıq Putin, Zelenski və özünün iştirakı ilə üçtərəfli görüşün hazırlanmasına start verilib. Onun sözlərinə görə, Vaşinqton və Moskva Ukraynanın təhlükəsizliyinə dair məsələlərin çoxunu razılaşdırıblar, amma detalları açıqlamayıb.Amerikanın lideri əlavə edib ki, prosesin gələcək gedişi Ukraynanın mövqeyindən asılı olacaq:“Rusiya güclü dövlətdir, amma onlar [Ukrayna] deyil”, – Tramp Fox News-a müsahibəsində deyib və Zelenskiyə Putinlə razılaşmağı məsləhət görüb.O həmçinin vurğulayıb ki, Zelenski Rusiyayla müharibədə çox şey itirdiyini qəbul etməlidir.Ulusum.az

Diqqət Çəkənlər

Alyaskada TARİXİ AN – Tramp və Putin Ukrayna üçün üz-üzə!

İlk köç karvanı Kolatağ kəndinə çatıb

Buludların gizli planı: Sabah göylər nəyi pıçıldayacaq?

Избранный
16
ulusum.az

1Источники