Cari ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarə və helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib.
Demokrat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əvvəlcə pilotların uçuşun şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanıb, daha sonra uçuş heyətləri təlimatlandırılıb.
Məlumata görə, təlim-məşq uçuşları zamanı bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə havaya qalxma və yerə enmə, komanda-qərargah məntəqələri ilə qarşılıqlı əlaqədə hava və yerüstü hədəflərin aşkar edilməsi və digər fəaliyyətlər üzrə tapşırıqlar yerinə yetirilib.
Qeyd edilib ki, təlim-məşq uçuşlarının əsas məqsədi aviasiya bölmələrinin döyüş hazırlığının və hərbi pilotların praktiki vərdişlərinin daha da artırılmasıdır.
10Источники
-
infoaz.wsHərbi təyyarələrimiz havaya qaldırıldı – Video ( 20415969)
-
unikal.azRusiya xüsusi təyinatlıları azərbaycanlı iş adamının evinə basqın etdilər ( 20414946)
-
unikal.azRusiya və ABŞ uçuşları bərpa edə bilər ( 20411808)
-
baki-xeber.comAviasiya bölmələrimiz təlim-məşq uçuşları keçirib - VİDEO ( 20407077)
-
news365.azHərbi təyyarələrimiz havaya qaldırıldı – VİDEO ( 20406504)
-
bizim.mediaHərbi təyyarələrimiz havaya qaldırıldı – VİDEO ( 20406135)
-
nocomment.azHərbi pilotlar təlim-məşq uçuşları həyata keçirdi – VİDEO ( 20405115)
-
mia.azAzərbaycan təyyarə və helikopterləri təlimdə VİDEO ( 20404224)
-
demokrat.azHərbi təyyarələrimiz havaya qaldırıldı — VİDEO ( 20403690)
-
referans.azQırıcı və helikopterlərimiz havaya qalxdı – VİDEO ( 20403219)