RU

Şabranda minik və yük avtomobilləri toqquşub, yaralananlar var FOTO

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Gəndob-Yalama avtomobil yolunun Şabran rayonunun Ağalıq kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, qəza zamanı "Ford" və "Chevrolet” markalı avtomobillər toqquşub, nəticədə 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralanan şəxslər Şabran rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralıların vəziyyəti ilə bağlı TƏBİB açıqlama yayıb:

"Şabran rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 9 nəfər (3-kişi, 6-sı qadın) Şabran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Hadisə nəticəsində xəsarət alan şəxslərə kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin açıq yaraları, müştərək travma və müxtəlif nahiyələrin sınıqları diaqnozları təyin olunub.Vəziyyəti ağır qiymətləndirilən 1968 və 1986-cı il təvəllüdlü şəxslərin müalicələri Reanimasiya şöbəsində, 1972-ci il təvəllüdlü şəxsin vəziyyəti orta ağır qiymətləndirilib və müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

1979 (kişi), 1981 (qadın), 1985 (qadın) və 1986-cı il təvəllüdlü (qadın) şəxslər zəruri təcili tibbi yardımlar göstərildikdən sonra Quba Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar. 1994 və 2001-ci il təvəllüdlü şəxslərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir."

"Ford"da olan şəxslərin fındıq yığımına gedən fəhlələr olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
49
7
apa.az

5Источники