RU

Tramp: "Ukrayna üzrə sülh sazişi atəşkəsdən daha yaxşıdır" - YENİLƏNİB-2

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski və Avropa ölkələrinin liderləri ilə telefon danışığı zamanı onlara Rusiya Prezidenti Vladimir Putinin Ukrayna nizamlanması ilə bağlı mövqeyini çatdırıb.

“Report” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Qeyd olunub ki, Tramp Rusiya tərəfinin atəşkəsdə deyil, müharibəni bitirmək üçün hərtərəfli sazişdə maraqlı olduğunu bildirib.

10:56

ABŞ Prezidenti Donald Tramp NATO ölkələrinin liderləri ilə telefon danışıqları aparır.

“Report”un BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib.

Xarici KİV-in məlumatına görə, ABŞ Prezidenti NATO-nun baş katibi Mark Rütte və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə telefon danışığı aparıb.

Avropa Komissiyasında bildiriblər ki, telefon danışığında Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts, Finlandiya Prezidenti Aleksandr Stubb və Polşa Prezidenti Karol Navrotski də iştirak edib.

Qeyd olunub ki, Tramp avropalı liderləri Alyaskada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə apardığı danışıqların nəticələri barədə məlumatlandırıb.

10:51

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə uzun telefon danışığı aparıb.

“Report” BBC-yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt məlumat verib.

Onun sözlərinə görə, Tramp telefon danışığını Alyaskadan Vaşinqtona gedərkən təyyarədə aparıb.

"Cebheinfo.az"

Избранный
69
50
cebheinfo.az

10Источники