BAKI, TurkicWorld
Türkiyənin Çanakkale vilayətində 3,5 bal gücündə zəlzələ baş verib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 09:01-də (Bakı vaxtı ilə 10:01) baş verib. Yeraltı təkanların ocağı daha əvvəl baş verən 6 bal gücündə zəlzələnin qeydə alındığı Sındırqı rayonunda yerləşib, dərinliyi isə 11,56 kilometr olub.