Sumqayıt şəhərində oğurluq hadisələri qeydə alınıb. Naməlum şəxslər ayrı-ayrı vaxtlarda evlərdən məişət əşyaları, su qızdırıcı və təmir alətlərini talayıblar.
Bu barədə Operativ Media-ya DİN-dən məlumat verilib.
Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxslər - əvvəllər məhkum olunmuş 37 yaşlı Ş.Əhmədov və 36 yaşlı M.Ağayev müəyyən edilərək saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır.