RU

Qatar relsdən çıxdı: Ölən və yaralananlar var

Danimarkanın Tinglev ilə Kliplev qəsəbələri arasında sərnişin qatarının relsdən çıxması nəticəsində çox sayda insanın yaralandığı bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, paytaxt Kopenhagendən Sonderborga getməsi gözlənilən sərnişin qatarı Tinglev və Kliplev qəsəbələri arasında relsdən çıxıb.

Polis qəza nəticəsində 1 nəfərin öldüyünü, çox sayda insanın isə yaralandığını bildirib.

Almaniyadan təcili tibbi yardım maşınlarının gəldiyi, həmçinin itlər və dronların axtarış-xilasetmə işlərinə cəlb olunduğu qeyd olunub.

Избранный
14
1
cebheinfo.az

2Источники