RU

Tramp: Ukraynada sülh “nisbətən qısa” müddətdə mümkün ola bilər...

ABŞ prezidenti Zelenski və Putinin görüşünün vacib olduğunu vurğulayıb...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına verdiyi müsahibədə Ukraynada sülhün “nisbətən qısa” müddətdə mümkünsüz olmadığını bildirib və üçtərəfli danışıqlar formatını elan edib.

“Onlar hər ikisi istəyir ki, mən orada olum və mən orada olacağam”, deyə Tramp qeyd edib.

Lakin ABŞ prezidenti görüşün nə zaman keçiriləcəyi və hansı şərtlərlə baş tutacağı barədə heç bir detal verməyib. Putinin görüşündən əvvəl Tramp bu görüşün “çox tez” baş tutmasını arzuladığını bildirmişdi.

Poliqon.info

Избранный
54
50
poliqon.info

10Источники