Rusiya “İskander-M” raketi və onlarla “Shahed” tipli dronlarla Ukrayna şəhərlərinə zərbə endirib...
Poliqon xəbər verir ki, Alyaskada sammitin keçirildiyi gecə Rusiya ordusu Ukraynaya “İskander-M” ballistik raketi, 85 ədəd “Shahed” tipli zərbə PUA-sı və müxtəlif tipli imitasiya dronları ilə hücum həyata keçirib.
Ukraynanın hava hücumundan müdafiə qüvvələri ümumilikdə 61 hədəfi məhv edib və ya neytrallaşdırıb. Bununla belə, raket və 24 pilotsuz uçuş aparatı 12 fərqli lokasiyada hədəfə dəyib.
Qeyd edək ki, son aylar Rusiya ordusu Ukraynaya qarşı genişmiqyaslı PUA hücumlarını intensivləşdirib. Ukrayna tərəfi isə Qərb istehsalı hava hücumundan müdafiə sistemlərinin dəstəyi ilə hücumların əksəriyyətini dəf etməyə çalışır.
Poliqon.info