RU

Tramp: "Sövdələşmə Zelenskidən asılıdır"

Bu sözləri ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra “Fox News”a müsahibəsində deyib. O bildirib ki, tərəflər bir çox məsələdə razılığa gəliblər.

“Bizim bura kimi gəlib çıxmağımız çox yaxşıdır. Düşünürəm ki, biz razılaşmaya çox yaxınıq. Artıq anlaşdığı zaman çox yaxşıdır. Ukrayna buna razılıq verməlidir”, -deyə Tramp əlavə edib.

Alyaskada keçirilən ABŞ-Rusiya sammitindən sonra Ukrayna münaqişəsinin nizamlanmasına dair razılaşmanın əldə olunması indi Volodimir Zelenskidən asılıdır deyən Tramp bildirib: "Düşünürəm ki, bir sövdələşmə bağlana bilər. İndi onun bağlanıb-bağlanmayacağı Zelenskidən asılıdır".

Tramp əlavə edib ki, Avropa ölkələri razılaşmaların əldə olunmasında az da olsa rol oynamalı olacaqlar.

AzVision.az

Избранный
37
42
azvision.az

10Источники