RU

La Liqa: “Vilyarreal” mövsümə inamlı qələbə ilə başladı

Bu gün keçirilmiş iki oyunla futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünə start verilib.

Arena.az xəbər verir ki, mövsümün və turun açılış oyununda “Jirona” və “Rayo Valyekano” komandaları üz-üzə gəliblər. Qarşılaşma qonaqların qələbəsiylə yekunlaşıb.

Günün digər oyunu “Vilyarreal”la “Real Ovyedo” arasında baş tutub. Bu oyunda isə meydan sahibləri inamlı qələbəyə seviniblər.

İlk turun qalan görüşləri avqustun 16-da, 17-də və 18-də keçiriləcək.

İspaniya, La Liqa
1-ci tur

15 avqust

Jirona – Rayo Valyekano 1:3
Qollar: Roka, 57 – De Frutos, 18. A.Qarsiya, 20. Palason, 45-pen.

Vilyarreal – Real Ovyedo 2:0
Qollar: Etta Eyonq, 29. Qeye, 36.

16 avqust

21:30. Malyorka – Barselona
23:30. Alaves – Levante
23:30. Valensiya – Real Sosyedad

17 avqust

19:00. Selta – Xetafe
21:30. Atletik – Sevilya
23:30. Espanyol – Atletiko

18 avqust

23:00. Elçe – Betis

19 avqust

23:00. Real – Osasuna

Избранный
73
19
arena.az

10Источники