RU

Putinin gözü səmada qaldı Trampdan subliminal mesaj?..+Video

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ lideri Donald Trampın Rusiya lideri Vladimir Putini Alyaskadakı Elmendorf-Riçardson hərbi bazasında qarşılaşması zamanı maraqlı anlar yaşanıb.

“Qafqazinfo”nun məlumatına görə, liderlər qırmızı xalıda irəliləyən zaman havada “B-2 Spirit” bombardımançı uçuş edib.

Bunun aviaşou yoxsa, subliminal mesaj olduğu isə sual olaraq qalır.

Belə ki, Tramp daha öncə “Avqustun 15-də Alyaskada keçiriləcək ABŞ-Rusiya sammitində Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair razılıq əldə olunmasa, Rusiya ciddi nəticələrlə üzləşəcək” açıqlaması ilə Rusiyaya xəbərdarlıq etmişdi.

Qeyd edək ki, “B-2 Spirit” dünyanın ən məhvedici silahlarından biri sayılır. ”B-2” düşmənin Hava Hücumundan Müdafiə komplekslərindən yan keçə və 40 tona qədər bomba ilə 10 min kilometr məsafəni havada yanacaq doldurmadan qət edə bilir. ”Stels” texnologiyalı “B-2”ni qorxulu edən onun radarlara yaxalanmamasıdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
61
1
qafqazinfo.az

2Источники