"Televiziya rəhbərləri televiziyanın rəzil gününü millətin aşağı səviyyəsinə bağlayırlar".
Pravda.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bunu aparıcı Kamran Həsənli İctimai Televiziyada yayımlanan "Sabaha saxlamayaq" verilişində televiziyaların hazırki vəziyyətinin müzakirəsi zamanı deyib:
"Ədəbiyyatda Hüseyn Cavidi, Xəlil Rzanı, Mikayıl Müşfiqi yaradan millət günahkardır. Yəni onun səviyyəsi o qədər aşağıdır ki, axırda maaş verəcək deyə pis veriliş etməlidir ki, baxılsın. Bəlkə də dünyada yeganə xalq bizik ki, qürurla, açıqca deyirik ki, biz televizora baxmırıq".
O, televiziyaların indiki səviyyəsini tənqid edərək telekanallara yenidən format vermək lazım olduğunu əlavə edib.
Tarix: 16 Dekabr 2023, 13:03